Cəlilabadda xəstəni qaçırdılar - FOTO

Cəlilabadda xəstəni qaçırdılar - FOTO
Bütün Xəbərlər
11:46 12.06.2014
909
Azyaşlının müayinəsi zamanı onun ayaq nahiyəsində çoxsaylı sınıqlar olub.
Cəlilabad rayonunda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Cəlilabad sakini Vüsal Rasim oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada 14 yaşlı Əvəzağa Mahmudağa oğlu Mailzadəni vurub.
Piyada ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlər xəstəni müayinə edib. Lakin sonradan xəstə qeyri-qanuni olaraq xəstəxanadan uzaqlaşdırılıb.
Həkimlərin verdiyi məlumata görə, azyaşlının müayinəsi zamanı onun ayaq nahiyəsində çoxsaylı sınıqlar olub. İlkin ehtimala görə, hadisəni törədən tərəf olanları ört-basdır etmək üçün zərərçəkəni xəstəxanadan qaçırdıb.
Cəlilabad rayon polis şöbəsinə məsələ ilə bağlı məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR