Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib

Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib
HADİSƏ
11:24 09.05.2026
232
Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
\apa
OXŞAR XƏBƏRLƏR