AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.