Cem Yılmazın ölüm xəbəri yayıldı

MARAQLI
20:41 22.05.2011
1927

 

{jcomments off}AZXEBER.COM portalının “Habertürk”ə  istinadən verdiyi xəbərə görə, şou-men Okan Bayülgenin “Disko Kralı” proqramına qonaq qismində qatılan müğənni Niran Ünsal,  proqramın gedişi zamanı gülüş ustası sayılan  Cem Yılmazın öldüyünü söyləyib.  Niran Ünsalın bu sözü aparıcı Okan Bayülgen başda olmaqla bütün tamaşaçıları  şoka salıb. Aparıcının “Sən hardan bilirsən?” sualına müğənni “İndi NTV kanalında alt yazıda gördüm” deməsi həyacanı daha da artırıb.

Bir neçə dəqiqə sonra isə proqramın işçiləri xəbərin yalan olduğunu açıqlayıblar. Müğənni daha sonra hər kəsdən üzr istəyərək kiçik bir anlaşmazlıq olduğunu söyləyib.

 

OXŞAR XƏBƏRLƏR