Cəmalənin "Sevgi və nifrət"i... - fotolar

Cəmalənin "Sevgi və nifrət"i... - fotolar
MAQAZİN
12:58 28.11.2017
2217
Müğənni Cəmalə "Sevgi və nifrət” adlı yeni mahnısını təqdim edib.
 
AZXEBER.COM-un məlumatına görə, bəstənin sözləri Gülnar Sultanovaya, musiqisi Fərid Kərimliyə aiddir.
 
Cəmalə mahnısı üçün payız ab-havalı fotosessiya da etdirib. O, iki fərqli geyimdə fotoqraf Bəhruz Əlizadənin obyektivi qarşısına keçib.
 
Sənətçi yeniliklərindən bəhs edib. O bildirib ki, yaxın günlərdə dinləyicilərə bir neçə yeni işini təqdim edəcək:
 
"Bir çox mahnıya qulaq asdım. Amma içlərindən bunu seçdim. "Sevgi və nifrət"in sözləri məni valeh etdi. Hər kəs həyatda sevir və nifrəti yaşayır. Yəni hamının başına gələn bir hadisəni bəstədə yerləşdirdik. Bu mahnıya klip çəkdirməyi düşünmürəm. Amma qarşıda başqa maraqlı layihələrim olacaq. "Eşq”, "Oğlanlar” adlı mahnılarım var. Onlardan birinə martda klip çəkdirəcəyəm”.
 
Cəmalənin geyimlərini modelyer Elnarə Bəkirova hazırlayıb.
 
 













OXŞAR XƏBƏRLƏR