'Cəmil Həsənli Milli Şuranın “hə”sini alan növbəti qurbandır' - Elşən Musayev

SİYASƏT
17:00 27.08.2013
2087

''Radikal müxalifətin ərsəyə gətirdiyi Milli Şura can üstündə olan xəstəyə bənzəyir.

Yerində çabalaya-çabalaya qalıb.

Ümid və yenidən dirilmə şansı isə sıfırın altındadır.Müalicəsi də naşı və diletant bir həkimə - Cəmil Həsənliyə həvalə olunub. Və rəqib düşərgənin romantik liderləri, müxalifət adlı nağılın baş qəhrəmanları ortalığa hakim kəsilən bu acı mənzərəyə rəğmən hələ və yenə də anlamaq istəmirlər ki, beyin ölümü çoxdan gerçəkləşən vücudun xilası nə Həsənlinin, nə də bir başqasının istedadına, bacarığına adekvat deyil.Fələk də xilas edə bilməz bu binəvaları. Kimsə xilas edə bilməz.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Milli Şura daxilində gedən son proseslərə münasibət bildirərkən söyləyib.Politoloq daha sonra bunları deyib:“İndi də Cəmil Həsənlini oyuna gətiriblər. O da ağsaqqal, ahıl çağında bunların küyünə gedib palaz-palaz, radikal açıqlamalar verir. Öz siyasi keçmişini unudaraq güvəndən, vətən cəfakeşliyindən, komanda maraqlarından danışır. Oysa ki, bu adamın bütün həyatı boyu sərgilədiyi fəaliyyət spektrına, geri dönəminə baxarkən aydın olur ki, ortalıqda yazdığı kitablardan başqa heç nə yoxdur. Haqqında danışdığı dəyərlərdən isə əsər-əlamət!Cəmil Həsənli Milli Şuranın “hə”sini alan növbəti qurbandır. O İbrahimbəyovdan beş-betər diletantdır, özündən öncəki qorxaq, cəsarətsiz, saxtakar vahid namizədin bütün ölənlərinə rəhmət oxutduracaq biridir!Mən ümumiyyətlə güman etmirəm ki, bu gedişlə, yəni bu qədər qısa müddətdə Həsənlinin namizədliyi üçün gərəkən imzaları toplamaq mümkün olsun.Çünki bunların mitinqinə üst-üstə 500 adam toplanmır. Ətraflarında bir-iki köşə yazarı, bir də qohum-əqrəbadan başqa kimsə yoxdur. Elə boş-boş səs-küyləri, sosial şəbəkələrdə guruldamaqları var.Amma arzu edirəm ki, onun namizədliyi qeydə alınsın və siyasətdən bixəbər bu qocaman tarixçi seçkiyə rəsmi statusda qatılsın.Çünki mənim kimi bir çoxları Milli Şuranın 9 oktyabrda üzləşəcəyi rəzil və rüsvayçı durumu, o zövqverici mənzərəni canlı-canlı seyr etmək həvəsindədir”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq