“Cəmil Həsənli YAP-ın namizədini təhqir edib, buna görə cəzasını almalıdır”

“Cəmil Həsənli YAP-ın namizədini təhqir edib, buna görə cəzasını almalıdır”
SİYASƏT
12:15 20.09.2013
1755
“İctimai TV-də ötən gün baş tutan debatda Milli Şuranın namizədinin şəxsən özü tərəfindən bizim namizədin, Azərbaycanın faktiki prezidentinin təhqir olunması ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) rəsmi şikayət məktubu hazırlayır”.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, dünənki debatda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qanunvericiliyi, eyni zamanda insan haqları ilə bağlı digər qanunvericilikləri kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, buna görə də cəzasını almalıdır: “Onsuz da Cəmil Həsənli efir vaxtından istifadə edərək platforması ilə yox, bizə qarşı şər-böhtan, təhqir kampaniyası ilə məşğuldur. Biz bununla bağlı hazırda Mərkəzi Seçki Komissiyasına rəsmi məktub hazırlayırıq vəMSK-dan tələb edəcəyik ki, ciddi şəkildə bu məsələ araşdırılsın və təqsirkar ciddi cəzalandırılsın”.

S.Novruzovun sözlərinə görə, dünənki debatda, ümumiyyətlə, kampaniya çərçivəsində YAP namizədinin səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyətə, milli-mənəvi dəyərlərə toxunulacaq heç bir ifadə işlədilməyib: “Əksinə, bizim namizədə, eyni zamanda səlahiyyətli nümayəndəyə qarşı təhqiramiz ifadələr işlədilib, böhtan atılıb. Bu da ciddi şəkildə qanun pozuntusudur ki, təqsirkar tezliklə ciddi cəzasını almalıdır”.

YAP rəsmisi onu da xatırladıb ki, Cəmil Həsənli və “Azadlıq” qəzeti barədə qeyri-qanuni seçki təbliğatı ilə bağlı şikayət məktubları da YAP qərargahında hazırlanır və tezliklə MSK-ya, beynəlxalq təşkilatlara ünvanlanacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb