Cəmil Hüseynov gəncləri necə aldatdı? - FAKTLAR

Cəmil Hüseynov gəncləri necə aldatdı? - FAKTLAR
GƏNCLİK
10:20 26.12.2013
3270
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “24 kadr” adlı film festivalı keçirilib. Festivalla bağlı “Axar.az”a bir neçə iştirakçı şikayət edərək narazılığını bildirib. Əsas narazılıqlardan biri “ən yaxşılara” pul mükafatı vəd olunsa da, verilməməsi idi. Biz də bu şikayətlərlə bağlı layihəni həyata keçirən Cəmil Hüseynovla əlaqə saxladıq. Cəmil Hüseynov bildirdi ki, layihə lap əvvəl, hələ hazırlanan vaxtda bu məbləğ nəzərdə tutulmuşdu: “Layihə hələ işlənən vaxtda belə bir məbləğ nəzərdə tutulmuşdu, amma daha sonra büdcə imkan vermədiyinə görə ləğv olundu. Əsasnamədə də göstərmişik ki, təkcə 1-ci, 2-ci, 3-cü yerlərə mükafat veriləcək. Mən layihə rəhbəri deyiləm, sadəcə olaraq, köməkçiyəm.”. Cəmil bəy təqdim olunan filmlərin hamısına baxılmadığı barədəki narazılığa da aydınlıq gətirdi: “Festivala 34 film iştirakçı kimi təqdim olunub. Birinci mərhələdə kinoşünas Tünzalə Babayeva filmlərə baxış keçirib. Filmlərdən 15-i baxışdan keçib və jürinin ixtiyarına verilib. Təqdimatın əvvəlində təqdim olunan çarxda istifadə olunan kadrlar da o 15 filmdən idi”. Belə ümumiləşdirmə olmaz Festivalın jürilərindən biri olanyazar, ssenarist İlqar Fəhmiylə əlaqə saxladıq. İlqar Fəhmi təqdimatda iştirak edə bilməməsinə aydınlıq gətirdi: “Uşaqlar əziyyət çəkib ortaya yaxşı işlər qoymuşdular. Mən, sadəcə, vaxt qıtlığından təqdimatda iştirak edə bilmədim. Heç bir narazılığım yoxdu, sadəcə, sistemi düz qurmamışdılar. Təşkilatçıların özlərinə də dedim. Ümumiyyətlə, 1-ci, 2-ci yer düzgün deyil, ən yaxşı ssenariyə görə, ən yaxşı aktyorluq işinə görə 1-ci, 2-ci, 3-cü yer təşkil etmək olardı. Elə filmlər vardı ki, ssenari maraqlı idi, aktyor-rejissor işi maraqlı idi, ya da əksinə, aktyor-rejissor işi güclüydü, lakin ssenari çox zəif. Təşkilati işlərdə bir az təcrübə lazımdı, belə ümumiləşdirmə olmaz. İki yerin səssiz filmlərlə verilməsi ilə bağlı deyə bilərəm ki, ssenari baxımdan daha çox xoşuma gəldi, siqaret əleyhinə olan film xüsusilə, fərqli, maraqlı yanaşmaydı, standartdan kənar idi, ona görə mən onu dəyərləndirdim. Mənə 15 film gəlmişdi, , düzü, o birilərindən xəbərim yoxdu”. Bu, hansısa peşəkar film festivalı deyil Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevsə festival barədə bunları bildirdi: “Nə qədər film təqdim qəbul olunub-olunmayıb, buna təşkilatçılar nəzarət edirdi. Bizə jüri olaraq 15 film təqdim olunub. 15 filmin içərisində 1-ci, 2-ci, 3-cü yerlər idi, “aktyor işi, “operator işi” və “ən yaxşı ssenari” nominasiyaları var idi orda. Bu, gənclərin film festivalı idi, burada filmlərin səssiz olub-olmaması o qədər də önəmli deyil. Bu, hansısa peşəkar film festivalı deyil, elə gənclərin təşkil etdiyi layihə idi. Burada kino şirkətlərində çəkilmiş filmlər yox, fərdi şəkildə hazırlanmış filmlər iştirak edirdi. Ona görə burada hər hansı bir dialoqun, səsin yaxşı olub-olmaması o qədər də önəmli deyil, burada əsas məsələ filmin kinematoqrafik həllinin olub-olmaması məsələsiydi. Bu meyarlar əsas götürülüb və filmlər də bu meyarlara əsasən seçilib. Ancaq rejissorun özünün bədii yanaşması, əsas məsələ kinoda budur və əsas istiqamətlər də bu götürülüb”. Qeyd edək ki, “ən yaxşı ssenari”, “ən yaxşı aktyor” və “ən yaxşı operator” işinə görə qaliblərə 100 manat müqabilində pul mükafatının verilməsi məsələsi başqa saytlarda xəbər verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər