Cəmiyyətdə qadınların rolu nə dərəcədədir?

Cəmiyyətdə qadınların rolu nə dərəcədədir?
Bütün Xəbərlər
16:26 25.10.2013
6921

Bir ölkədə qadın haqlarını incələməklə o ölkənin demokratik dəyərlərə verdiyi əhəmiyyəti tam olaraq bilmək olar. 

Azərbaycanda qadınlara göstərilən diqqət və ictimai həyatda qadınların feallığı o cümlədən qadın hüquqları qoruyan qanunların mövcudluğu buna misaldır. Azərbaycanda qadınların cəmiyyətdə, ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər öz nəticəsin verməkdədir.

Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə Milli Məclisdə qadın millət vəkillərinin sayı əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb.Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir.Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır.

9 oktyabr 2013-cü il tarixində keçirilən Azərbaycan Respublikası Prezident seçicilərində seçicilər arasında qadınların aktivliyi nəzərə çarpacaq dərəcədə müşahidə olunurdu. Bu nəticələr onun göstəricisidir ki,qadınlar əsirlər boyu cəmiyyətin təsiri və özləri üçün yaratdıqları psixoloji əngəlləri aşmaqdadırlar.

Azərbaycan xanımları üçün Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun xoşməramlı səfiri, Mehriban Aliyeva kimi örnək vardır.

Mehriban xanım çıxışlarından birində qeyd etmişdir ki: "Mən öhdəmə götürdüyüm hər bir işə böyük məsuliyyətlə yanaşıram. Hər bir zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir".

Bu fikirlər hər bir azərbaycanlı xanımı üçün şüar olmalidir. Çünki , azərbaycanlı xanımların özlərinə məxsus zərifliyi ,insansevərliyi, vətənpərvərlikləri və mərhəməti vardır.

Qadınların maariflənməsinin ictimai-siyasi həyatda aktiv olmaları gələcək nəsillərində inkişafını sigortalamış olur .Çünki qadın eyni zamanda anadır və tərbiyəçidir. Həyatda öz istəyinə çatmayan və natamamlıq kompleksi yaşayan bir qadın cəmiyyət üçün yararlı bir insan yetişdirməsi də sual altındadır. Psixoloji araşdırmalarda göstərir ki, depresiyaya meyilli və gizli halda depresiya yaşayan xanımların böyük əksəriyyəti evdar qadınlardır. Bunun üçün hər birimiz, hər zaman qadınlar üçün yaradılımış imkanlardan istifadə etmələri və cəmiyyətdə müəyyən mövqe tutmalarına kömək etməyə çalışmalıyıq.

Fidan Azərqızı

OXŞAR XƏBƏRLƏR