‘Cənab nazirin əmri ilə mən bu vəzifəyə təyin edilmişəm’ - Müdafiə Nazirliyinin yeni mətbuat katibi

SİYASƏT
12:14 07.01.2014
1062

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri təyinatından və gələcək fəaliyyətindən danışıb. Bu barədə APA-ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenantVaqif Dərgahlıbildirib ki, mətbuatla münasibətlərini qarşılıqlı anlaşma əsasında davam etdirəcək: “Cənab nazirin əmri ilə mən bu vəzifəyə təyin edilmişəm. Hal-hazırda həmin vəzifəni və işləri qəbul etmişəm, bu səlahiyyətləri yerinə yetirirəm. Mətbuatla münasibətlərimi hərbi və dövlət sirlərinin qorunması şərtlərini təmin etməklə, qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam”. Qeyd edək ki, V. Dərgahlı bu vəzifəyə qədər nazirliyin İnformasiya İdarəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR