Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər

Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
MAQAZİN
10:41 15.06.2026
219
Türkiyə arabesk musiqisinin sevilən adlarından olan Cengiz Kurtoğlu Konyada keçirilməsi planlaşdırılan konsertinə yollanarkən qəzaya düşüb.

AZXEBER.COM xəbər verir ki, xəstəxanaya çatdırılan sənətçinin ayağında çat aşkarlanıb və bu səbəbdən gözlənilən konsert təxirə salınıb.

Məlumata görə, sənətçinin səhhəti qənaətbəxşdir və vəziyyəti nəzarət altındadır. Həkimlərin tövsiyəsi əsasında o, bir müddət istirahət edəcək və müalicəsini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR