Cenifer Lopes İstanbulda möhtəşəm konsert verdi

MAQAZİN
12:21 15.11.2012
1869
Dünyaşöhrətli müğənni Cenifer Lopes Türkiyənin İstanbul şəhərində konsert verib. Bu aralar Türkiyədə verəcəyi konsertlərdən birincisi "Ataköy Atletizm Arena"da baş tutub. Havanın soyuq olmasına baxmayaraq, müğənninin pərəstişkarları idman meydançasında boş yer qoymayıblar.11 min pərəstişkarının qarşısında səhnəyə çıxan Cenifer Lopes ilk olaraq, "Never Gonna Give Up" mahnısını ifa edib. O, özünü müşayiət edən rəqqaslarla birlikdə yaddaqalan performans göstərib.Ümumilikdə, konsert zamanı müğənnini 110 nəfərlik heyət müşayiət edib. 750 nəfər isə şounun təqdim edilməsində iştirak edib.

OXŞAR XƏBƏRLƏR