Cenk Tosunun yeni komandası bəlli olub

İDMAN
19:30 22.04.2024
278
"Beşiktaş” klubundan ayrılmaq istəyən Cenk Tosunun yeni komandası bəlli olub.

Məlumata görə, 32 yaşlı hücumçu karyerasını "Eyüpspor” klubunda davam etdirəcək.

Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək komandanın baş məşqçisi  Arda Turan Cenk Tosunla danışaraq "Eyüpspor”a qatılması üçün razı salıb. 

Qeyd edək ki, "Beşiktaş” rəsmiləri də daha öncə Cenk Tosunla yeni müqavilə imzalamayacaqlarını bildirmişdilər.

OXŞAR XƏBƏRLƏR