Cennifer Lopez İstanbuldan 1 milyon dollara ev alır

MAQAZİN
10:55 17.11.2012
1812

 Dünyanı özünə heyran qoymağı bacaran latın amerikalı müğənni Cennifer Lopez İstanbuldan ev almağı planlaşdırır.

ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni İstanbuldan ev almaq istədiyini və nə vaxtsa burada yaşaya biləcəyini deyib. 

Belə ki, Lopez Ataşehirdə "Emlak Konut GYO" və "Varyap-Gap İnşaat Ortak Girişim” tərəfindən həyata keçirilən "Metropol İstanbul" layihəsinin evlərinə baxıb. Kataloqda layihənin 50-ci mərtəbəsindəki mənzili gözdən keçirib və pəncərəsi Bosfor boğazına baxan bir mənzillə maraqlanıb. "Gap" inşaatın baş direktoru Feyzullah Yetgin bildirib ki, Cennifer Lopez konsertinə onları da dəvət edib. Onun sözlərinə görə, müğənni ada və boğaz mənzərəsi olan mənzil axtarırmış və yaxın bir dostu ona “Metropol İstanbul”u tövsiyə edib. Məlumata görə, C. Lopezin baxdığı həmin mənzilin orta qiyməti təxminən 1 milyon dollaradır.

OXŞAR XƏBƏRLƏR