“Cənub Dəhlizi layihəsinin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı olacaq”

“Cənub Dəhlizi layihəsinin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı olacaq”
SİYASƏT
16:42 30.09.2013
1127

“Cənub dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəmə sahibdir. Mərkəzi və Şərqi Avropanın Rusiya qazından asılılığı nəzərə alınarsa, enerji təchizatının diversifikasiyasının zəruri olduğu anlaşılar. Azərbaycan Avropa bazarlarına qazın çatdırılması üçün ən yaxşı variantdır”. Bu sözləri apa-ya açıqlamasında ABŞ-dakı Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin müşaviri Aleksandros Petersen deyib. O bildirib ki, Cənub dəhlizi nəinki Avropa ölkələri, həm də bütün transatlantik birlik üçün önəmlidir: “Bu layihənin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı və Azərbaycan kimi yeni tərəfdaşların qazanılması mənasına gələcək. Azərbaycan Avropa bazarında Rusiyanın birbaşa rəqibi deyil, lakin avropalı istehlakçılar üçün pozitiv alternativə çevrilməkdədir”.

Regional münaqişələrin layihənin həyata keçirilməsinə əngəl törədə biləcəyi ehtimalına toxunan A. Petersen qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı nəzərə alınsa, belə bir təhlükə var: “Bu, onu göstərir ki, ABŞ və Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət göstərməlidir. Ermənistan layihənin reallaşmasında pozitiv rol oynaya bilərdi, lakin nə qədər ki, münaqişə həll olunmamış qalır, Rusiya Ermənistan üzərində böyük təsirə malik olacaq və Ermənistan həmişə bu cür layihələrdən kənarda qalacaq”.

“Global Change” Assosiasiyasının təsisçisi Peter Fusaro təbii qaz probleminin Avropa və Ukrayna üçün illərdir aktual olduğunu söyləyib: “Cənub dəhlizi layihəsi avropalı istehlakçı üçün fövqəladə dərəcədə maraqlıdır. Azərbaycan və Rusiya bu layihə ilə rəqib olmur. Avropada qaza tələbat çox böyükdür, bazar hamı üçün yetər”.

Türkiyə Böyük Millət Məclisinin üzvü Faik Tunay isə hazırda bölgədə ciddi risklərin mövcud olduğunu və bu problemləri həll etməyin əsas yolunun enerji məsələsi olduğunu vurğulayıb: “Biz ümumi məqsədlər naminə çalışmağa başlasaq, siyasi problemlər azalacaq. Sözsüz ki, istənilən layihə ilə bağlı siyasi risk mövcuddur, lakin tərəflərin bunu necə həll etməsi önəmlidir. Siyasətçilər bu layihənin uğuru üçün mübarizə aparmalıdır. Cənub Dəhlizi strateji önəmə sahibdir. Türkiyə bu məsələdə Şərq və Qərb üçün yol açan körpü rolunu oynayır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb