Cənubi azərbaycanlı müğənni Mansur Daneşvardan mahnısı oxuyan azərbaycanlı həmkarları Vəfa Şərifova və Vasif Məhərrəmlini sərt tənqid edib.
AZXEBER.COM xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan müğənni onların "Qəmzələrin oxdur" adlı mahnını icazəsiz oxuduğunu bildirib.
Sənətçi qeyd edib ki, onların bu hərəkətinə görə, həmkarlarından inciyib:
"Onlar adəfələrlə mesaj yazmışam, demişəm mahnını silin. İki nəfər birləşmisiz, mahnımı oxumusuz. Nə icazə almısız, nə mənə cavab verirsiz. Belə etmək olmaz. Buna görə də icimişəm bir az. Mənim həmvətənlərimdir, icazə alsaydılar niyə verməyim? Onların paylaşımının altında minlərlə insan rəy yazıb. O sözləri götürürlərsə, onlar necə müğənnilərdir".
Aysel










































