Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb

Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
DÜNYA
21:48 02.11.2026
256
Cənubi Koreya Prezidenti Li Çje Myonun və prezident administrasiyasının əməkdaşlarının şəxsi məlumatları sızdırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

KBS teleradio şirkətinin məlumatına görə, prezident, administrasiya və Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də administrasiyanın işini işıqlandıran jurnalistlər daxil olmaqla 168 nəfərin şəxsi məlumatları "Sərnişin siyahısı (Koreya Respublikası – Belçika)" adı altında dərc edilib.

Siyahının Linin iyun ayında Belçika, İtaliya və Fransaya səfəri zamanı prezident təyyarəsindəki sərnişinlərlə bağlı olduğu ehtimal edilir.

KBS telekanalı bildirib ki, fayl yükləmək üçün əlçatan olub və hətta prezidentin səfərindən əvvəl, iyunun 2-də dərc edilib.

OXŞAR XƏBƏRLƏR