Cənubi Koreya prezidentliyinə yeddi namizəddən biri olan Ku Cu Va namizədliyini geri götürdüyünü və mühafizəkar "Vətəndaş Gücü" partiyasının nümayəndəsi Kim Mun Sunu dəstəkləyəcəyini bəyan edib.
Bu barədə Azadlıq və Birlik Partiyasından bildirilib.
Qeyd edək ki, Azadlıq və Birlik Partiyası bəzən ultra-sağçı adlandırılır və parlamentdə deputatları yoxdur.