Cənubi Koreyada yeni baş nazir təyin edildi

Cənubi Koreyada yeni baş nazir təyin edildi
DÜNYA
21:47 03.07.2025
685
Cənubi Koreya parlamenti iyulun 3-də Kim Min Sokun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Bildirilir ki, onun namizədliyini ölkə başçısı Li Çje Myon irəli sürüb.

Parlamentdə səsvermə kəskin siyasi qarşıdurma ab-havasında və əsas müxalif partiya olan "Vətəndaş gücü"nün deputarlarının iştirakı olmadan keçirilib.

173 deputat Kim Min Sokun təyin edilməsinin lehinə səs verib, üç deputat əleyhinə olub, üç bülleten isə etibarsız sayılıb.

Səsvermədə yalnız hakim Birləşmiş Demokrat Partiyasının və kiçik partiyaların nümayəndələri iştirak ediblər.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR