Cənubi Koreyadan xəbərdarlıq: Şimali Koreya qanadlı raketlərdən istifadə edib

Cənubi Koreyadan xəbərdarlıq: Şimali Koreya qanadlı raketlərdən istifadə edib
DÜNYA
11:12 22.05.2025
321
Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində qanadlı raketlər atdığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatında bildirilib ki, Şimali Koreya raket sınaqları keçirib.

Buna uyğun olaraq Şimali Koreya yerli vaxtla saat 09:00 radələrində ölkənin şərqindəki Sondok bölgəsindən bir neçə qanadlı raket atıb.

Cənubi Koreya və ABŞ hərbi rəsmiləri raketlərin uçuş məsafəsi, havada kursu və düşdüyü ərazilərlə bağlı araşdırmalara başlayıb.

Pxenyan administrasiyası sonuncu dəfə mayın 8-də Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket buraxıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR