Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi

Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi
SİYASƏT
20:26 17.04.2026
285
"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik".

AZXEBER.COM xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz Qafqazda sülh şəraitində yaşamağı öyrənirik. Bu, sadə səslənsə də, əslində, mürəkkəb və yeni bir prosesdir. Çünki Qafqaz uzun müddət sülh təcrübəsinə malik olmayıb. Bu gün isə bu hiss tamamilə yeni və dəyərli bir təcrübədir və onu qorumaq, praktik addımlarla möhkəmləndirmək vacibdir. Sülh yalnız müharibənin olmaması demək deyil, bu daha geniş anlayışdır və kompleks yanaşma tələb edir. Keçmişin çətinliklərini inkar etmək mümkün deyil, lakin biz artıq gələcəyə baxırıq. Bu yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Ölkə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirir. Bir tərəfdən Azərbaycan Cənubi Qafqaz ölkəsidir, digər tərəfdən isə Mərkəzi Asiya ilə etnik və mədəni bağlılıqlara malikdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının bir hissəsidir. Bundan əlavə, Yaxın Şərqə yaxınlığı da ölkəyə əlavə geosiyasi imkanlar yaradır. Türkiyə–Azərbaycan–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir. Nəticə etibarilə, Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Azərbaycanın diplomatik cəsarəti nəticəsində regionda qısa müddətdə real, faktiki sülh əldə olunub. Müqayisə üçün qeyd edim ki, Avropada İkinci Dünya müharibəsindən sonra sülh razılaşmalarına gəlmək illər çəkdi. Ermənistan və Azərbaycan isə 2023-cü ildən sonra iki ildən az müddətdə praktik və praqmatik addımlarla real sülhə nail ola bilib”, - deyə Hikmət Hacıyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir