Cərimə və balı öyrənə bilməyən sürücülərin nəzərinə
Bütün Xəbərlər
10:27 19.06.2013
1464
Sürücülük vəsiqəsini Rusiyada alan vətəndaşlar cərimə və balı necə yoxlamaqla bağlı problemlər yaşayır.O, cərimə və balı necə öyrənməyin yolunu bilmək istəyir. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsi Kamran Əliyev milli.az-a açıqlamasında bildirdi ki, həmin sürücülük vəsiqələrinin cərimə və balını Daxili İşlər Nazirliyinin (DİN) saytından öyrənmək mümkün deyil. Saytda proqram milli sürücülük vəsiqələri üçün yığılıb. Rusiyada alınmış sürücülük vəsiqəsi ilə avtomobil idarə edən sürücünün özünə cərimə və bal yazılır. Orada inzibati xətanın qanunvericilikdə nəzərdə tutulan maddəsi, tarixi və digər qeydlər göstərilir.K.Əliyev qeyd etdi ki, DİN-in saytında nəinki Rusiyada, o cümlədən bütün xarici ölkələrdə alınmış sürücülük vəsiqələrinin cərimə və balını öyrənmək mümkün deyil.