Ceyhun Bayramov: "Azərbaycandan Türkiyəyə könüllülər gələcək"

Ceyhun Bayramov: "Azərbaycandan Türkiyəyə könüllülər gələcək"
SİYASƏT
15:13 11.02.2023
369
"Azərbaycandan Türkiyəyə könüllülər gələcək".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Fövqəladə Halların Nazirliyinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən deyib.

"Azərbaycandan könüllülərin hissə-hissə, planlı şəkildə Türkiyə gəlməsi üzərində çalışmalar gedir. Bu gündən etibarən ölkəmizdən könüllülər Türkiyəyə gələcək", - nazir bildirib.
OXŞAR XƏBƏRLƏR