Ceyhun Bayramov efiopiyalı həmkarı ilə yeni əməkdaşlıq mexanizmlərini müzakirə edib

Ceyhun Bayramov efiopiyalı həmkarı ilə yeni əməkdaşlıq mexanizmlərini müzakirə edib
SİYASƏT
21:01 22.09.2025
239
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Efiopiyanın xarici işlər naziri Hadera Abera Admassu ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Efiopiyanın Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Hər iki tərəf əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR