Arıqlama iynələri ilə bağlı ciddi xəbərdarlıq: Bu şəxslər istifadə edə bilməz

Arıqlama iynələri ilə bağlı ciddi xəbərdarlıq: Bu şəxslər istifadə edə bilməz
SAĞLAMLIQ
14:10 17.07.2026
1679
Son dövrlər sürətli çəki itirmək istəyənlər arasında arıqlama iynələrinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda bu preparatlar "asan arıqlama üsulu” kimi təqdim olunsa da, mütəxəssislər onların həkim nəzarəti olmadan istifadəsinin ciddi sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq edirlər. 

Bəs arıqlama iynələrinin nəzarətsiz istifadəsi hansı fəsadlara səbəb ola bilər, bu preparatların satışı və istifadəsinə necə nəzarət olunur?

Məsələ ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, dərman vasitələrinin dövlət qeydiyyatı və keyfiyyət nəzarəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ciddi şəkildə həyata keçirilir:

"Son illərdə bədən çəkisinin azaldılması məqsədilə istifadə olunan bəzi dərman preparatlarına marağın artdığı müşahidə olunur. Bunun əsas səbəbləri sırasında piylənmənin qlobal sağlamlıq problemi kimi geniş yayılması, müasir müalicə üsullarının inkişafı, eləcə də sosial şəbəkələr və mediada bu dərman vasitələri ilə bağlı yayılan məlumatlar yer alır. Məsələn, GLP-1 agonistləri (semaglutid, tirzepatid kimi maddələr) ehtiva edən iynələrə maraq kəskin artıb. Sosial şəbəkələrdə bu preparatlar geniş müzakirə olunur.
Azərbaycan Respublikasında dərman vasitələrinin dövlət qeydiyyatı və keyfiyyət nəzarəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ciddi şəkildə həyata keçirilir. Bu dərman vasitələri kosmetik məqsədlər üçün deyil, konkret tibbi göstərişlər əsasında və yalnız həkim təyinatı ilə istifadə olunmalıdır. Hər bir dərman vasitəsinin olduğu kimi, çəki azaldılması üçün istifadə edilən preparatların da əks-göstərişləri, yan təsirləri və fərdi risk faktorları mövcuddur. Buna görə də, onların həkim nəzarəti olmadan istifadəsi sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər”.

Qurumdan qeyd olunub ki, ölkədə satışda olan rəsmi qeydiyyatdan keçmiş arıqlama preparatlarının tərkibində sağlamlıq üçün təhlükəli maddələrin aşkarlanması ilə bağlı fakt qeydə alınmayıb:

"Analitik Ekspertiza Mərkəzi ölkə ərazisində dərman vasitələrinin dövlət qeydiyyatı və idxalı zamanı həmin dərman vasitələrinin laborator ekspertizasını aparır. İdxal olunan hər seriyadan nümunələr götürülərək keyfiyyət parametrləri (fiziki-kimyəvi və mikrobioloji parametrləri) yoxlanılır və yalnız müsbət nəticədən sonra idxala icazə verilir. Bu proses çərçivəsində vətəndaşlardan və şirkətlərdən sözügedən dərman vasitələri ilə bağlı hər hansı müraciət olarsa, obyektiv olaraq araşdırma aparılır. Hazırda ölkədə satışda olan rəsmi qeydiyyatdan keçmiş arıqlama preparatlarının tərkibində sağlamlıq üçün təhlükəli maddələrin aşkarlanması ilə bağlı fakt qeydə alınmayıb. Lakin sosial şəbəkələr və qeyri-rəsmi kanallar vasitəsilə gətirilən qeydiyyatsız və ya saxta məhsullarda belə risklər mövcud ola bilər. Buna görə də, yalnız apteklərdən və rəsmi qeydiyyatlı məhsullardan istifadə tövsiyə olunur”.

"Arıqlama iynələrindən istifadə etmək istəyənlər mütləq ixtisaslı endokrinoloq və ya müvafiq həkimə müraciət etsinlər. Özbaşına, xüsusilə sosial şəbəkələrdə təbliğ olunan məhsullardan uzaq dursunlar. Hər hansı yan təsir müşahidə olunduqda dərhal həkimə müraciət edin və Analitik Ekspertiza Mərkəzinə məlumat verin. Bu sahədə dövlət nəzarəti gücləndirilib və vətəndaşlarımızın sağlamlığı daim prioritetdir. Eyni zamanda, dərman vasitələrinin reklamı və təşviqi qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Vətəndaşlar şübhəli reklamlar, qanunsuz satış və ya dərman vasitələri ilə bağlı digər pozuntu halları ilə qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına məlumat verməlidirlər”,- deyə qurumdan bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq