Ceyhun Bayramov və Böyük Britaniyanın XİN başçısı arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Böyük Britaniyanın XİN başçısı arasında telefon danışığı baş tutub
Siyasət
21:44 17.06.2025
861
17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib.

O həmçinin Əhmədabad şəhəri yaxınlığında "Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib.


Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
11:19 24.08.2025
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu
11:18 24.08.2025
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu