AZXEBER.COM portalı mövzuyla bağlı Ceyhun Osmanlı ilə əlaqə saxlayıb. Millət vəkili xəbəri oxuduqdan sonra şəxsi “Facebook” səhifəsində “Şərq” qəzetinə cavab verib.
“Bu gün bir "qəzet" yazır ki, Ceyhun Osmanlıya zəng etmişik, cavab verməyib. Doğrudanmı mən bütün işimi atıb telefonla danışmalıyam?!Axı iş vaxtı normal insanlar telefonla danışmaq əvəzinə iş görür, toplantılarda olur və s. Telefonla danışmaq da işin bir hissəsidir, amma müsait olduğun vaxtda. Bunu yazan adam ən azı sms yaza, sualını mail vasitəsilə bildirərdi və ya Facebook vasitəsilə fikrini yazardı. Sözüm anlayana!”
Bir daha qeyd edək ki, AZXEBER.COM portalının əməkdaşı millət vəkili ilə “Facebook” sosial şəbəkəsində əlaqə saxlayıb. Ceyhun Osmanlı əməkdaşımızın sualını cəmi 3 dəqiqə sonra cavablandırıb. Belə olan halda “Şərq”in müxbirinin millət vəkili ilə necə və hansı vasitəylə əlaqə saxladığı maraq doğurur.