Ceyhun Osmanlı APA-ya müsahibə verib – Müsahibə

Ceyhun Osmanlı APA-ya müsahibə verib – Müsahibə
Bütün Xəbərlər
16:38 04.03.2011
1668


- Azərbaycanda korrupsiya ilə mübarizə bu ilin yanvar ayında, yəni ərəb dünyasında inqilab küləkləri yenicə əsməyə başlayarkən start götürsəydi, o dairələrin fikirləri ilə qismən razılaşmaq olardı. Ancaq unutmaq lazım deyil ki, dövlətin korrupsiya və məmur özbaşınalığı ilə mübarizəsi Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlayıb. Əgər yaxın keçmişimizə nəzər salsaq, inkarı mümkün olmayan bir həqiqətlə qarşılaşarıq – bu gün iqtidarı rüşvətxorluqda və özbaşınalıqda ittiham edənlərin özləri 1993-cü ildə hakimiyyəti məhz sadalanan qüsurlar ucbatından itirdikləri üçün Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalmışdılar. Bəli, korrupsiyanın, özbaşınalığın dövlətin əsaslarını gəmirən virus olması heç kim üçün sirr deyil və indi özlərini xalqın cəfakeşi kimi qələmə vermək istəyənlərin keçmiş təcrübəsi də sübut edib ki, Azərbaycan insanı bu cür təzahürlərə qarşı kifayət qədər müqavimət gücünə malikdir. Məgər Azərbaycan xalqı 1994-1995-ci illərdə sözügedən qüvvələrin xarici himayədarlarına arxalanaraq Azərbaycanda törətmək istədikləri məmur özbaşınalığına, müxtəlif növ təxribatlara qarşı mübarizə aparmırdımı? Azərbaycan iqtidarı həmişə neqativ hallarla mübarizədə öz qətiyyətini ortaya qoymaqdan çəkinməyib. Bircə faktı xatırladım ki, Azərbaycanda Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə üzrə xüsusi qurum yaradılanda, Korrupsiya əleyhinə dövlət proqramı qəbul ediləndə, Korrupsiya ilə mübarizə üzrə dövlət komissiyası yaradılanda nə sizin dediyiniz inqilab dalğası var idi, nə də Yaxın Şərqdə cərəyan edən dağıdıcı siyasi dəyişikliklər. Ölkə başçımızın dediyi kimi, bu, bizim şüurlu seçimimizdir və onu hər hansı siyasi proseslə əlaqələndirmək düzdün deyil. 

O ki qaldı konkret olaraq adı çəkilən mübarizənin niyə məhz indi kütləvi hal almasına, bu addım ildən-ilə Azərbaycanın qarşısında olan bir çox problemlərin geridə qalması ilə bağlıdır. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülüb və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçib. Azərbaycanda şəffaflıq, sosial ədalət və liberal iqtisadiyyat tezisləri hər zaman ön planda olmalıdır. Bu gün bu dəyərlərə nail olmaq üçün dövlətimiz çox güclü bir iradə ortaya qoyub. Bu məsələlərdə xalqla dövlətin vəhdəti möhkəmlənməlidir. Bir məsələni də heç vaxt unutmayın, gərginliyin baş verdiyi ölkələrdə mövcud olan problemlərin böyük əksəriyyəti bizdə çoxdan aradan qaldırılıb. Halbuki həmin dövlətlərin müstəqillik təcrübəsi 50-60 ilə, bizimki isə 20 ilə bərabərdir. Şükürlər olsun ki, azərbaycanlılar qəbilə xalqı deyil, islam dünyasında ilk demokratik respublikanı quran, XX əsrdə dünya siyasətinin və mədəniyyətinin xəzinəsinə onlarla parlaq zəka bəxş etmiş toplumdur. Mən əminəm ki, xalqımın həm siyasi iradəsi, həm siyasi savadı, həm də qüruru xaricdən idarə edilən ucuz təxribatlara alət olmamağa kifayət edəcək. 

- Siz xarici qüvvələrdən danışdınız. Bu yaxınlarda ölkə prezidenti də bildirib ki, “bizim müstəqil siyasət yürütməyimiz bəzilərinə xoş gəlmir”. Belə olan halda isə Azərbaycan müxtəlif növ təzyiq və təxribatlarla üzləşir. Sizcə bu cür addımların perspektivi nə qədərdir? 

- Tarixdən də məlum olduğu kimi, Azərbaycan xalqı uzun onilliklər boyunca müstəqillik həsrətində olub və bu yolda minlərlə qəhrəman övladını qurban verib. Öz azadlıq və hürriyəti uğrunda azərbaycanlılar tarixən heç də hər kəsin cəsarət edə bilməyəcəyi addımlardan da çəkinməyib. Yaxın tariximizi xatırlayaq. Məgər SSRİ kimi nəhəngə qarşı əliyalın, silahsız şəkildə üsyana qalxmaq, öz tapdanan haqlarını tələb etmək asan məsələ idi? Biz bunu etdik. Doğrudur, 20 yanvar faciəsi və yüzlərlə həmyerlimizin qanı bahasına. Lakin tarix müstəqilliyin başqa yolunu tanımır, yalnız canından keçməyə hazır xalqlar bu nemətdən dada bilir. İndi isə biz müstəqilik, özümüz öz taleyimizi müəyyən edirik, özümüz öz sərvətlərimizin ağasıyıq. 20 faiz torpaqlarımızın işğalına və xaricdən mütəmadi şəkildə hiss edilən təzyiqlərə baxmayaraq, biz inkişaf etməyə davam edirik. Təbii ki, bu Azərbaycanda maraqları və iddiaları olan dövlətlərə xoş deyil. Lakin sevindirici haldır ki, ölkənin ölçülüb-biçilmiş siyasəti bizi bu cür təxribatların fəsadlarından qorumağı bacarır. Bu isə təkcə dövlətin deyil, həm də xalqımızın siyasi uzaqgörənliyinin nəticəsidir. Azərbaycan xalqı heç vaxt imkan verməyəcək ki, onun öz qanı bahasına qurduğu dövləti kimsə kənardan öz arzu və istəklərinə müvafiq idarə etsin. Bizim hər birimizin vassallığa qarşı müqavimət gücümüz xarici qüvvələrin bizi asılı salmaq niyyətindən güclüdür və güclü olacaq. 

- Son vaxtlar virtual məkanda inqilabi əhval-ruhiyyəyə hesablanmış xeyli sayda çağırışlar müşahidə olunmaqdadır. Bu barədə nə düşünürsünüz? 

- Hər bir xalq arzu edər ki, onun müstəqil dövləti olsun. Bu gün Azərbaycan bir çox region dövlətlərindən fərqli olaraq xarici asılılıq olmadan müstəqil siyasət yeridə bilən güclü bir dövlətdir. Azərbaycanın qarşısındakı hədəfləri və ona çatmağın yollarını aydın bilən lideri-prezidenti var. Azərbaycanın dünyada durmadan artan nüfuzu, rəğbəti var! Amma bütün bunlarla yanaşı, Qarabağ həsrətimiz, işğalda olan rayonlarımız, hər birimizin sahib çıxmalı olduğu problemlərimiz də var.

Məncə hər kəsin virtual məkanda itirdiyi vaxtı və gücü mənasız siyasi təxribatlara sərf etməkdənsə, Azərbaycanın taleyüklü məsələlərin təbliğinə həsr etməsi daha məqsədəmüvafiqdir. Bəzən çox sayda təşəbbüslərin, bəzən ziddiyyətli fikirlərin şahidi oluruq. Çoxspektrli, müxtəlif yazıların olması Azərbaycanın əldə olunan demokratik azadlıqlarının nəticəsində meydana gəlmişdir. Hər kəs istədiyi fikri irəli sürə bilər, çünki biz plüralist bir cəmiyyətdə yaşayırıq. Amma bir çox təşəbbüsləri təhlil edəndə aydın olur ki, bunların bir çoxunun arxasında real adamlar dayanmır, saxta elektron ünvanlardır və əslində belə adda adam heç mövcud deyil. Belə olan halda iki qənaətə gəlmək olur: Ya kimsə o qədər acizdir ki, kimliyini gizlədir, ya da bu, provokasiyadır və kənar qüvvələr tərəfindən idarə olunur. Biz unutmamalıyıq ki, bu gün “Facebook” və “Twitter”də Azərbaycan adları ilə qeydiyyatdan keçən və azərbaycanca yazan digər millətlər, o cümlədən ermənilər də var... Kimin niyyəti nədir bəlli olmaz... 

Biz heç vaxt ayıqlığımızı itirməməliyik, çünki sonrakı peşmanlıq heç vaxt fayda vermir. Bəli, siyasi qarşıdurmalar həmişə və hər yerdə olub, lakin unutmayaq ki, bu gün Azərbaycanın müstəqilliyini həzm etməyənlər o qədərdir ki, onu siyasi iddialar zəminində parçalayıb zəif salmaq əsla qəbuledilməzdir. Bizim müstəqilliyimiz əsla müzakirə predmeti ola bilməz. Azərbaycan gəncliyi imkan verməyəcək ki, hər hansı digər ölkənin “mətbəx”ində hazırlanan ssenarilər Azərbaycana transfer olunsun! Azərbaycan gəncləri müstəqilliyimizi və dövlətçiliyimizi sual altına alacaq fəaliyyətlərə qarşı ən amansız mübarizəni göstərməyə hər zaman hazırdır!

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
19:23 16.05.2025
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı