Ceyhun Osmanlı Almaniyada foruma qatılacaq

Ceyhun Osmanlı Almaniyada foruma qatılacaq
Bütün Xəbərlər
16:48 13.07.2012
1163
14-15 iyul 2012-ci il tarixləri arası Almaniyanın Mannheim şəhərində keçiriləcək Gənc Təbiblərin 2-ci Almaniya Forumunda millət vəkili Ceyhun Osmanlı iştirak edir. Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçirilən forum dünyanın ən aparıcı universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumda tibb mütəxəssisləri, akademiklər, elmi işçilər, dövlət nümayəndələri, müxtəlif universitetlərin professor, müəllim heyəti iştirak edir. Forumun əsas məqsədi dünya tibb elminin ən qabaqcıl nailiyyətlərini öyrənmək və qazanılmış təcrübədən yararlanıb Azərbaycan tibb sahəsində tətbiq etməkdir.
OXŞAR XƏBƏRLƏR