Ceyhun Osmanlı Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçildi - FOTO

Ceyhun Osmanlı Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçildi - FOTO
İQTİSADİYYAT
05:50 26.05.2013
3024
Azərbaycan Parlamentinin deputatı Ceyhun Osmanlı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib.AZXEBER.COM-un məlumatına görə, mayın 23-24-də Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 75 ölkəni təmsil edən 250 parlamentarinin iştirakı ilə Bakı şəhərində illik toplantısı keçirilib. Konfransın yerli təşkilatçısı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır.Toplantıda dünyada qlobal iqtisadi və sosial məsələlərin müzakirəsi ilə yanaşı, qurumun İdarə Heyətinə seçkilər keçirilib. Azərbaycan Parlamentinin deputatı Ceyhun Osmanlı seçkilərdə müvəffəqiyyət qazanaraq qurumun İdarə Heyətinə üzv seçilib.Azərbaycanla yanaşı, Kanada, Böyük Britaniya, İsveç, Hindistan, Türkiyə və digər ölkələrin parlamentariləri olmaqla, ümumilikdə 12 nəfər Parlament Şəbəkəsinin İdarə Heyətinə üzv seçilib. Ceyhun Osmanlı bu vəzifəyə seçilən ilk azərbaycanlı, eyni zamanda, post-sovet ölkələrindən olan yeganə parlamentaridir.Ceyhun Osmanlı Azərbaycanın Dünya Bankı ailəsində mövqeyi ilə bağlı bildirib ki, Azərbaycan son 20 ildə Dünya Bankı ailəsində ən proqressiv mövqeyə malikdir: "Belə ki, Azərbaycan kasıb ölkədən orta gəlirli ölkəyə, daha sonra isə yuxarı orta gəlirli ölkəyə çevrilir. Bu il Azərbaycan könüllü olaraq Beynəlxalq İnkişaf Agentliyinə borcunu ödəyərək donor ölkəyə çevrilmək istiqamətində addım atır. Bu, dövlətimizin siyasətinin düzgün yolda olduğunu göstərir".Ceyhun Osmanlı öz uğurunu isə dövlətimizin dünyada artan nüfuzunun hər bir Azərbaycan vətəndaşının dünyadakı mövqeyinə müsbət təsir etməsi səbəbi ilə izah edib.Qeyd edək ki, bu şəbəkə 2000-ci ildə təsis edilib, bütün dünyadan 2 mindən artıq parlamentarini əhatə edir və təşkilatın baş ofisi Parisdə yerləşir. Şəbəkə Dünya Bankının ofisinin olduğu bütün ölkələri əhatə edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb