Ceyhun Osmanlı: 'Ermənistan yeganə ölkədir ki, miqrantlarının sayı ölkə əhalisindən çoxdur'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
18:35 13.08.2012
1269
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ümidim və inamım ondan ibarətdir ki, biz hər keçən gün konfliktin həllinə daha bir addım yaxınlaşırıq.Çünki hər keçən gün düşmən Azərbaycanın bu münaqişəni qısa müddətə həll edə bilmə potensialını görür. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı dilə gətirib.Millət vəkilinin dediyinə görə, Qarabağ münaqişəsi o zaman birdəfəlik çözüləcək ki, düşmən tərəf Azərbaycanın hərbi-siyasi üstünlüyünün artıq bu konflikti həll etmə səviyyəsinə, gücünə çatdığına qəti, tam əmin olacaq və Azərbaycanın bu məsələni istənilən gün həll etməyə hazır olduğunu görəndə də dərhal geri addım atacaq.C.Osmanlı bu baxımdan hesab edir ki, artıq o gün yaxınlaşır, yəni, hər keçən gün düşmən Azərbaycanın hərbi üstünlüyünü, eyni zamanda, hər keçən gün tarixi “Böyük Ermənistan” ideyasının tədricən puç olduğunu aydın şəkildə görür:“Son iki yüz ildən bəri ermənilərin, erməni siyasətçilərinin planları bu bölgədə “Böyük Ermənistan” qurmaqdır və bununla bağlı onlar dünyanın müxtəlif yerlərindən erməniləri indiki Ermənistan ərazisinə köçürməklə məşğul olublar.Təxminən bir neçə il əvvəl əhalisinin 3,5 milyon olmasına baxmayaraq, Ermənistanda indi cəmi iki milyon erməni yaşayır. Bu isə onu göstərir ki, normalda tarixən ermənilərin arzusu bu bölgədə onların sayını çoxaltmaq olmasına rəğmən, bu gün Ermənistan öz-özünü elə bir tədric vəziyyətinə çatdırıb ki, dünyada bəlkə miqrasiyanın əhali nisbətinə görə, Ermənistan yeganə ölkədir ki, miqrantlarının sayı ölkə əhalisindən çoxdur”.Millət vəkili eyni zamanda bildirib ki, Ermənistan artıq nəinki müharibəni, hətta, öz dövlətçiliyini, tarixi arzularını uduzduğunun şahidi olmaqdadır:“Deyərdim ki, hər keçən gün, hətta, münaqişənin bu halda qalması belə, Azərbaycanın xeyrinədir və təbii ki, Ermənistan anlayır ki, hazırda birmənalı şəkildə uduzan, itirən tərəf odur.
OXŞAR XƏBƏRLƏR