Milli Məclisin üzvü, “İrəli” İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlı onu dəstəkləyən gənclərin bu təşkilatdan çıxarılması haqda yayılan xəbərlərə münasibət bildirib. Deputat açıqlamasında məlumatı təkzib edərək, bəzi qurumları ittiham edib.
“Bu xəbərlər tamamilə yalnışdır. Nə belə bir yoxlanış olub, nə də kimisə “İrəli”dən uzaqlaşdırıblar. Bu deyilənlər doğru deyil. Bu, bizə qarşı başlanan növbəti böhtan seriyasının davamıdır. “İrəli” belə adamlara və bu kimi haqqımızda böhtan atan qurumlara ciddi yanaşmır. Amma görünür onlar “İrəli”yə ciddi yanaşır ki, ara-sıra sifarişli məlumatlar yaymaqda davam edirlər.
Bu təşkilat yaranandan bu günə kimi hər kəsin üzünə açıq olub. Mən hazırda “İrəli”nin sədri olmasam da, təsisçilərindən biri kimi təşkilatın bütün işlərində maraqlıyam. “İrəli”nin indiki sədri, yeni kollektiv həddindən artıq peşəkar insanlardır. Əminəm ki, onlar təşkilatı daha da yüksəklərə qaldıracaqlar”,-deyə C.Osmanlı bildirib.
//modern.az