Ceyhun Osmanlı Moskvada öldürülən həmyerlimizdən yazdı - KÖŞƏ

Ceyhun Osmanlı Moskvada öldürülən həmyerlimizdən yazdı - KÖŞƏ
KÖŞƏ
13:00 13.04.2012
2070
Ceyhun OSMANLI 10 Aprel. Moskva şəhərinin mərkəzi. Azərbaycan gənci Mətin Mehdiyev amansızlıqla qətlə yetirilir... Dostları ona - “Mətin abi” deyərdi - “Qardaş” deyərdi Mətin abi isə Moskvaya oxumağa yenicə gələn tələbələrimizdən tanıdıqlarına və güvənildiyi üçün ona zəng edən tələbələrə - “Sizi qarşılamağa özüm gələcəm” deyərdi və qarşılayardı… - “Sizi Moskvada ilk özüm gəzdirəcəm” deyərdi və gəzdirərdi… - “Sizi universitetinizlə ilk özüm tanış edəcəm” deyərdi və edərdi… - “Ləyaqətli həyat yaşamalıyıq” deyərdi və yaşayardı… - “Hər zaman yanınızdayam” deyərdi və olardı… - Moskva şəhərinin müsbət cəhətlərindən danışar və əlavə edərdi ki, “bircə özünüzü burada faşist və nasistlərdən qoruyun”… amma.... Çoxlarını qorusa da, özünü qoruya bilmədi Mətin abi... - Faşizm - Nasizm - İrqçilik - Diskriminasiya - Ksenofobiya “Bunlar”-dan dünyada heç kim sığortalanmayıb… Bunların olmaması üçün - bunların təzahürləri ilə mübarizə aparmaq lazımdır - tolerant və mədəni olmaq lazımdır - əxlaqlı və mənəviyyatlı olmaq lazımdır - cılız düşünməmək, böyük düşünmək lazımdır - sadəcə, İNSAN olmaq lazımdır Bunlarla mübarizə aparılmazsa - istənilən ölkədə günahsız insanlar günün günorta çağı qətlə yetirilər - insanlığa təhlükə törədən mənfi tendensiyalar adi hal alar - cəmiyyətlərin rahatlığı pozular - dünyada qətliamlar, soyqırımlar olar və təkrarlanar Bunlarla mübarizə aparmayan dövlətlər - dünyada gözdən düşər - həmin dövlətlərdə milli və etnik zəmində ədavət başlayar, həmin dövlətlər gec və ya tez parçalanar - həmin dövlətlər günün birində həm öz vətəndaşlarından, həm də dünyadan üzr istəməyə məcbur olar Bunlarla mübarizə aparmalıyıq - həm özümüz üçün, həm də dünya üçün - həm bu günümüz üçün, həm də gələcəyimiz üçün Biz Xocalı Soyqırımını törədən faşist zehniyyətli erməni milliyyətçilərini bütün dünyada pisləyəndə - bir daha dünyada soyqırım yaşanmasın - bir daha dünyada analar, atalar, bacılar, qardaşlar, sevgililər gözü yaşlı qalmasın - bir daha dünyanın heç bir yerində günahsız insanlar qətlə yetirilməsin deyə edirdik, edirik və edəcəyik - Həm özümüz, həm də başqaları üçün eyni səmimiyyətlə qətliamları, soyqırımları və onları törədənləri pisləyirik və pisləyəcəyik Əli qələm, kompüter, telefon, smartfon, planşet tutanlar, meydan Sizindir! - Mətin Mehdiyev üçün səfərbər olmaq günüdür - Bu günün Mətinin, sabah isə Sizdən birinin haqqını aramaq günüdür - Human Rights Watch, Amnesty International, Freedom House, Helsinki Citizens Assembly kimi təşkilatları “narahat edərək” Moskvada qətl edilən günahsız həmyerlimizin qətlinə biganə qalmamaq günüdür! Gün o gün olsun ki...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub