Ceyhun Osmanlı Nyu Yorkda “Azərbaycan-tolerantlıq məkanı” mövzusunda keçirilən fotosərginin açılış mərasimində iştirak edib

Ceyhun Osmanlı Nyu Yorkda “Azərbaycan-tolerantlıq məkanı” mövzusunda keçirilən fotosərginin açılış mərasimində iştirak edib
Bütün Xəbərlər
17:34 27.09.2013
1148

Milli Məclisin deputatı Ceyhun Osmanlı Nyu York səfəri çərçivəsində BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-tolerantlıq məkanı” mövzusunda fotosərginin açılış mərasimində iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, sərginin açılışı mərasimində çıxış edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında ölkəmizdə dini tolerantlığın çoxəsrlik tarixindən danışıb və qeyd edib ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir.

Millət vəkili Ceyhun Osmanlı sərginin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 68-ci sessiyası zamanı BMT-nin baş binasında keçirilməsinin strateji və tarixi önəmə malik olduğunu qeyd edib və bildirib ki, mütəmadi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə irimiqyaslı beynəlxalq tədbirlər həyata keçirilir. Həmçinin millət vəkili sərginin təşkilatçılığını yüksək qiymətləndirib və sərginin fəaliyyətinə uğurlar arzu edib.

Qeyd edək ki, müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə davam edəcək.

Xatırladaq ki, bir öncəki gün millət vəkili Nyu-YorkdaXəzər Strateji İnstitutunun (HASEN) təşkil etdiyi “Avropanın enerji təhlükəsizliyində iştirak edən Cənub Qaz Dəhlizi” mövzusuna həsr olunan Xəzər forumunda iştirak edib.

OXŞAR XƏBƏRLƏR