Ceyhun Rzayev vəzifədən azad edildi

Ceyhun Rzayev vəzifədən azad edildi
SOSİAL
10:23 27.11.2026
41
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr islahatı aparılıb.

AZXEBER.COM Unikal-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR