Ceyhunu döyərək öldürənlər cəzalandırıldı

Ceyhunu döyərək öldürənlər cəzalandırıldı
Bütün Xəbərlər
19:50 10.01.2013
19928

Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb.

Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya daxil olan məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova şiddətli töhmət elan edilib.

Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

 

OXŞAR XƏBƏRLƏR