Ceyhunun ölümündə günahlandırılan general danışdı - AÇIQLAMA

Ceyhunun ölümündə günahlandırılan general danışdı - AÇIQLAMA
Bütün Xəbərlər
20:22 11.01.2013
8632

“Ən ağırı odur ki, mən əsgər itirmişəm, Azərbaycanın övladını itirmişəm”

“Hazırda hadisə ilə bağlı araşdırma gedir. Ceyhun Qubadovun bölük komandiri və bölüyün baş çavuşu həbs olunub. Onlar nəzarətsizlik ediblər. Təqsiri olan zabitlərin hamısı birbaşa cəzalandırılacaq. Kimin təqsiri var, buna görə cavab verəcək”.

AZXEBER.COM-un “mediaforum”a istinadən verdiyi xəbərə görə, bunu Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov deyib.

R. Əkbərov bildirib ki, C. Qubadovun döyülməsi ilə bağlı iddialar düzgün deyil: “ Məhkəmə-tibbi ekspertizasının rəyi var, ekspertizada prokuror da, mənim müavinlərim də, digər zabitlər də iştirak edib, meyitə baxış keçiriblər. Morqda kamera ilə çəkiliş aparılıb ki, sonra bir söz-söhbət olmasın. Ölüm hadisəsi faktdır, onsuz da açılacaq. Bu, iynə deyil ki, samanlıqda itsin və tapılmasın. Məsələ ondadır ki, ictimaiyyəti düzgün istiqamətləndirmirlər, yanlış informasiya verirlər. Əsgəri döyməyiblər. Döyülmə olsa, hansısa daxili orqanı partlamalıdır, başa vurulma olsa, beyin dağılmalıdır. Ölüm halı bunun nəticəsində ola bilər. Əsgərdə ürək çatışmazlığı olub. Dağa qalxıb. Ora dəniz səviyyəsindən 3000 metrdən də çox yüksəkdədir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var. Gərək onlar bir qədər hündürlüyə qaldırılaydılar, bir neçə gün orada qalaydılar, sonra daha yüksəkliyə qalxaydılar”.

Genral bildirib ki, Müdafiə Nazirliyi bu məsələ ilə bağlı xeyli şəxsi cəzalandırıb: “Briqada komandiri vəzifəsindən çıxarılıb, rütbəsi alınıb. Mənim özümə də, müavinlərimə də cəza verilib. Çünki yəqin belə lazımdır, Müdafiə Nazirliyi belə hesab edir”.

General C. Qubadovun meyitinə baxış keçirdiyini, onun gözünün altında olan yaranın dağa qalxanda bir neçə dəfə yıxılması nəticəsində yarandığını deyib: “Orada yıxılıb, üzü dəyib. Lap tutaq ki, onun üzünə, burnuna vurublar. Bundan insan ölmür, keçinmir ki. Düz deyil? Axı məntiq olmalıdır da. Gərək nəyləsə başından vurasan ki, beyni dağılsın, ya sinəsindən vurasan ki, qaraçiyəri dağılsın və bu da ölümə səbəb olsun”.

R. Əkbərov bildirib ki, əsgərin yıxıldığı zaman aldığı xəsarətlərlə bağlı da ekspertizanın rəyi var: “Orada qeyd olunub ki, o, yıxılıb, burnu dəyib. Onun burnu sınıq deyil, burnunun üstü cırılıb. Gözünün altı da partlayıb. Əvvəlcə biz də elə bildik ki, döyülüb. Sonra hərbi-tibbi ekspertizası keçirilib. Hərbi-tibbi ekspertlər meyitə baxıblar və onlar deyiblər ki, onun gözünün altındakı yaralarda daşın qırıntıları və qum qalıb. Bir daha deyirəm ki, məsələyə məntiqlə yanaşmaq lazımdır. İnsanı üzündən, burnundan vursan, ölə bilər? Orada 20 nəfər olub, hamısı dağa birlikdə qalxıb. Hadisə onların gözü qarşısında olub”.

General ona verilən töhmətə də münasibət bildirib: “Mənə şiddətli töhmət deyil, min dənə şiddətli töhmət verilsə belə, ən ağırı odur ki, mən əsgər itirmişəm, Azərbaycanın övladını itirmişəm. Məni yandıran budur, buna görə mənəvi əzab çəkirəm. Mən gənc bir oğul itirmişəm. Onu anası böyüdüb orduya göndərib. Mənim də oğlum hərbi xidmətdədir. Mən onlara bir oğul kimi baxıram. Valideynlərə çox sağ ol deyirik ki, balalarını gizlətmirlər, onları böyüdüb boya-başa çatdırıb, orduya göndərirlər. Mən bir zabit kimi onlara çox sağ olun deyirəm ki, övladlarını vətəni qorumağa göndərirlər. Hadisədir, baş verib və mənim üçün ən böyük əzab odur ki, biz cavan oğlanı itirmişik. Başqa heç nəyi fikirləşmirəm”.

Hazırda istintaq qrupunun hadisə yerində olduğunu deyən general işə aidiyyəti olan vəzifəli şəxslərin hamısından izahat alındığını, araşdırmanın davam etdiyini bildirib: “Təqsiri olan hər kəs qanuni cəzasını alacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub