Ceyranbatan Su Anbarı donur, Bakı susuz qalacaq

Ceyranbatan Su Anbarı donur, Bakı susuz qalacaq
Bütün Xəbərlər
00:32 09.02.2012
2202
Kəskin hava şəraiti ilə əlaqədar Ceyranbatan Su Anbarındada donma müşahidə olunur. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib. Onun sözlərinə görə, Ceyranbatan su Anbarında 100-150 metrə qədər məsafədə donma qeydə alınıb. Hazırda Xəzər dənizinin Sumqayıt sahillərində sahilin konfiqurasıyasına uyğun olaraq dənizə doğru 50 metrdən 200 metrə qədər buz bağlama müşahidə olunur. Buz qatının qalınlığı sahildən dənizə doğru azalır. Şimala doğru, Xaçmaz-Nabran tərəfdə isə buz bağlama sahildən 10-100 metr məsafədədir: “Bəzi yerlərdə sahildə 2,5 metr hündürlüyündə buz dağı kimi əmələ gəlib. Bunlar Şimali Xəzərdə bağlayan buzlardır, onlar cənuba doğru axırlar, axdıqca da sahələri kiçilir. Onlar sahildə buz yığını əmələ gətirirlər. Yəni həmin ərazilərdə yerli buz bağlama hadisəsi yoxdur və ya azdır. Bu, şimaldan axan buzlardır”. G. Süleymanov bildirib ki, Kür çayının Xəzər dənizinə tökülən mənsəb hissəsində də donma müşahidə olunur. Donma dağ çaylarında da qeydə alınıb. Qeyd edək ki, Ceyranbatan Su Anbarı Bakı şəhərini su ilə təchiz edən əsas qaynaqdır.
OXŞAR XƏBƏRLƏR