“Ceyson Born” döyüş filmi eksklüziv olaraq sentyabrın 1-dən – Park Cinema İMAX-da!

“Ceyson Born” döyüş filmi eksklüziv olaraq sentyabrın 1-dən – Park Cinema İMAX-da!
SOSİAL
11:36 02.09.2016
1919
Azərbaycanda ilk dəfə sentyabrın 1-dən eksklüziv olaraq yalnız Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrında rejissor Pol Qrinqrassın “Ceyson Born” adlı kəskinsüjetli döyüş filmi ekrana çıxır. Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyevin verdiyi məlumata görə, filmin Azərbaycanın digər kinoteatrlarında nümayişi sentyabrın 8-dən başlanacaq.
“Azərbaycanın kino həvəskarlarına gerçəkliyə maksimal dərəcədə yaxın görüntü və səsdən zövq almaq imkanı bəxş edən Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrı “Ceyson Born” filmini tamaşıçıların mühakiməsinə artıq senytabrın 1-dən etibarən təqdim edəcək. Əminəm ki, Park Cinema İMAX-dakı eksklüziv nümayiş kinomanların böyük marağına səbəb olacaq”, - deyə Namiq Quliyev bildirib.
Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev qeyd edib ki, “Ceyson Born” “Born” seriyasından olan beşinci film olub “Bornun ultimatumu”nun sikvelidir. Filmin ssenarisini Pol Qrinqrass, Mett Deymon və Kristofer Raus yazıb. Baş rollarda Mett Deymon, Culiya Staylz, Alisiya Vikander, Tommi Li Conson və Vensan Kassel çəkilib.
Ceyson Born “Blekbrayar” əməliyyatı iflasa uğradıqdan sonra MKİ-dən uzun müddət gizlənmək məcburiyyətində qalır. Lakin əvvəllər ona kömək göstərmiş Niki Parson MKİ-nin serverlərini qırıb məxfi əməliyyatlar üzrə məlumatları yüklədikdən sonra xüsusi xidmət orqanı əməkdaşları Yunanıstanda Ceyson Bornun izinə düşürlər. Born hadisələrin mərkəzində qalır, çünki sən demə onun atası “Tredstoun”un əsasını qoyanlardan biri imiş və məhz buna görə xüsusi xidmət orqanları Ceyson hələ casus olmadan xeyli əvvəl onunla maraqlanmağa başlamışdılar. Born MKİ-nin sirr kimi qoruduğu həqiqəti öyrənmək üçün bütün xatirələrini bərpa etməlidir...
Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkə beş kinoteatrla təmsil olunub. Bu, 13 zal və 2200-dən artıq oturacaq yeri olan Park Bulvar, Metropark və Amburan-dakı kinoteatrlar, 2015-ci ildə açılmış 4 zallı 600 yerlik Park Cinema Zaqulba və 6 ədəd 3D zallı 1000 yerlik Park Cinema Flame Towers kinoteatrlarıdır. Ümummilkdə şəbəkənin 5 meydançası, 23 ekranı və 3500 oturacaq yeri vardır. Park Cinema Flame Towers kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya regionunda belə formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında kinoproyeksiya sahəsində dünyanın ən qabaqcıl brendlərinin avadanlığı quraşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir