Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində məhbus ölüb. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 1962-ci il təvəllüdlü Hidayətov Eldar Əli oğlunun vəziyyəti pisləşib və o, qəfildən ölüb. Məhbusun hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla əlaqədar ekspertizalar təyin olunub.Qeyd edək ki, E.Hidayətov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinirmiş.