“ChatGPT" ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?

“ChatGPT" ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?
SOSİAL
11:42 01.06.2026
304
Ötən həftə məlumat verildiyi kimi, Elm və Təhsil Nazirliyi "ChatGPT” alətini hazırlayan "OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində müəllimlərin gündəlik işini asanlaşdıracaq, şagirdlərin isə daha yaxşı öyrənməsinə dəstək olacaq yeni süni intellekt əsaslı həllərin hazırlanması nəzərdə tutulur.

"OpenAI”nin Azərbaycan ilə başladığı bu əməkdaşlıq ölkəmizə nə vəd edir?

Bununla bağlı rəsmi "Linkedin” səhifəsində məlumat paylaşan "OpenAI" açıqlayıb ki, Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət ölkənin rəqəmsal təhsil sisteminin güclənməsinə dəstək verəcəklər. Hazırlanacaq həll "Rəqəmsal Məktəb” platformasında həm şagirdlərə, həm də müəllim və məktəb rəhbərlərinə süni intellekt əsaslı təhsil dəstəyi göstərəcək, onlar üçün bir çox imkanlar təqdim edəcək.

Məqsəd isə sadədir: müəllimlərə sinifdə daha fərdiləşdirilmiş dəstək göstərmək imkanı yaratmaq, şagirdlərə öyrənmək və özünəinam formalaşdırmaq üçün əlavə imkanlar təqdim etmək.

Şagirdlər üçün imkanlar

Təqdim ediləcək həll şagirdlər üçün aşağıdakı imkanları yaradacaq:

•    Süni intellekt şagirdlərin bilik səviyyəsini təhlil edəcək.

•    Çətinlik çəkilən mövzular və istiqamətlər müəyyənləşdiriləcək.

•    Hər şagird üçün fərdiləşdirilmiş tapşırıqlar hazırlanacaq.

•    Fərdi dəstək mexanizmləri təqdim olunacaq.

•    Şagirdlərin özünüinkişaf və gələcək üçün vacib bacarıqlarının formalaşmasına dəstək veriləcək.

•    Şagirdlər süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları əldə edəcəklər.

Müəllimlər və məktəb rəhbərləri üçün imkanlar

"ChatGPT” ilə yenilənmiş "Rəqəmsal məktəb” yalnız şagirdlər üçün deyil, müəllim və məktəb rəhbərləri üçün də funksional olacaq. Beləliklə, platforma təhsil işçilərinə də aşağıdakı istiqamətlər üzrə dəstək göstərəcək:

•    Müəllimlər üçün xüsusi analitik panel fəaliyyət göstərəcək.

•    Müəllim və məktəb idarəediciləri tədris göstəricilərini real vaxt rejimində izləyəcəklər.

•    Toplanan məlumatlar əsasında təhlillər aparacaqlar.

•    Tədris fəaliyyətinin planlaşdırmasını və idarə edilməsini daha səmərəli təşkil edəcəklər.

Tətbiq mərhələsi

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritet istiqamətlərinə uyğun əməkdaşlıq "Rəqəmsal məktəb” layihəsi çərçivəsində tətbiq ediləcək. Hazırlanmış həllər ilkin mərhələdə pilot şəkildə həyata keçiriləcək. Əldə edilən nəticələr təhlil edildikdən sonra mərhələli şəkildə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində bir sıra əsas prinsipləri riayət olunacaq – müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların təhlükəsizliyi və qorunması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Milli innovasiya ekosisteminə dəstək

Layihənin mühüm istiqamətlərindən biri də ölkədə süni intellekt üzrə bilik və innovasiya potensialının artırılmasıdır. Layihə çərçivəsində milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyətin təşkili nəzərdə tutulur. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə hakatonlar təşkil olunacaq, "Build Days" proqramları, tədqiqat və inkişaf təşəbbüsləri həyata keçiriləcək, yerli innovasiya və texnologiya potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıqlar qurulacaq.

"OpenAI” və son dövrlərdə süni intellekt sahəsində digər böyük şirkətlərlə əməkdaşlıq onu göstərir ki, Azərbaycan təhsili texnoloji yeniliklərə açıqdır. Süni intellekt əsaslı təhsil həllərinin tətbiqi Azərbaycanın rəqəmsal transformasiya gündəliyində mühüm yer tutur. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
19:35 18.07.2026
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
Ekoloq Xəzərlə bağlı çoxlarını narahat edən suala aydınlıq gətirdi
19:27 18.07.2026
Ekoloq Xəzərlə bağlı çoxlarını narahat edən suala aydınlıq gətirdi
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi