“ChatGPT Plus”da yeni limit

“ChatGPT Plus”da yeni limit
SOSİAL
18:22 26.08.2026
183
"OpenAI”, "ChatGPT Plus” istifadəçiləri üçün 5 saatlıq istifadə limitini yenidən tətbiq edir.

Yeni limit 25 avqustdan etibarən "Codex” və "ChatGPT Work” istifadəsinə şamil olunacaq. İstifadəçilər həm 5 saatlıq, həm də həftəlik limitlə qarşılaşacaqlar.

Limitə çatan istifadəçilər müddətin yenilənməsini gözləyə və ya əlavə kredit alaraq istifadəyə davam edə biləcəklər.

"OpenAI” bildirib ki, dəyişiklik hesablama yükünü daha balanslı bölüşdürmək və "Plus” istifadəçilərinə həftəlik daha yüksək istifadə imkanı yaratmaq məqsədi daşıyır.

Şirkətin 100 və 200 dollarlıq "Pro” planlarında isə yaxın aylarda 5 saatlıq limit tətbiq edilməyəcək.
 
///bakupost.az///
OXŞAR XƏBƏRLƏR