Cibində 1 manatı olan tələbələrə xoş xəbər

MARAQLI
15:43 18.09.2012
3300
“Çudo Peçka”dan Bakı sakinlərinə xoş xəbər var. Bu mağaza-kafelər şəbəkəsində bir ay boyunca cəmi 1 manata yeyib-içmək mümkündür. Şirkət 17 sentyabrdan 21 oktyabradək sərfəli kampaniya keçirir. Kampaniyaya hər birinin qiyməti 1 manat olan 3 menyu daxildir. Həmin paketlər bunlardır: 1) 2 kruasan ilə 1 stəkan çay, 2) 1 sendviç ilə 1 qazlı şirəli içki  3) 4 peraşki ilə 1 ayran. Yeni aksiya əsasən məktəbli və tələbələri düşünərək həyata keçirilir.  Bu kampaniya onlara yeni dərs ilinin başlaması münasibəti ilə hədiyyədir. Daim “daha ucuz harada doymaq olar?” sualı ilə müxtəlif məkanlar axtaran yeniyetmələr və gənclərin bundan sonrakı cavabı “Çudo Peçka” mağaza-kafelər şəbəkəsi olacaq.Artıq 2 gündür ki, başlayan kampaniyadan nəinki şagird və tələbələr, bütün yaş qruplarına məxsus şəxslər faydalanır. Sərfəli təklif hər kəsin diqqətini cəlb edib.
OXŞAR XƏBƏRLƏR