Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 2-də qeydə alınmış 29 cinayət faktından 11-nin üstü “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılıb. DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın avtomobil yollarında qeydə alınmış 2 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb.