Cinayətkar hər kəsi təəccübləndirdi: 'Çılpaq idi, geyindirdim' - VİDEO

Cinayətkar hər kəsi təəccübləndirdi:
Bütün Xəbərlər
16:21 14.02.2013
1982

Caninin bu sözləri hamını təəccübləndirib.AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Konya şəhərində ötən ilin dekabr ayında 4 uşaq anası, 33 yaşlı Emel S.-nı boğaraq öldürən 25 yaşlı Mustafa Ç. Bu gün ilk dəfə məhkəmə qarşısına çıxıb.Mustafa Ç. sevgilisi Emel S. ilə cinsi əlaqəyə girdikdən sonra mübahisə edərək onu boğub öldürdüyünü və daha sonra çılpaq olduğu üçün “naməhrəm” olduğunu düşünüb geyindirdiyini bildirib.

Hadisə ötən il dekabrın 9-da baş verib. Səhər saatlarında Emel S. uşaqları tərəfindən yatağında hərəkətsiz halda olduğu aşkar edilib. Hadisə yerinə gələn polis onun öldüyünü müəyyən edib.Bundan sonra polis qadının sevgilisi olan Mustafa Ç.-ni İzmirə getmək istəyərkən avtobusa minərkən saxlayıb. Konyaya gətirilən Mustafa Ç. növbətçi məhkəmə tərəfindən həbs edilib.Hakim Mustafa Ç.-yə Emel S.-nı öldürdükdən sonra niyə geyindirdiyini soruşduqda, o, qadının çılpaq olduğunu və naməhrəm kimsə görməsin deyərək geyindirib evdən çıxdığını deyib.

OXŞAR XƏBƏRLƏR