“Tibbin çarəsiz qaldığı bütün xəstəliklər cinlərin əsəridir”.
AZXEBER.COM"EkstraHiss" layihəsininqalibiekstrasensveparapsixoloq Lamiyə İsmayılova portalımıza verdiyi müsahibəni təqdim edir:
- Lamiyyə xanım, belə bir fikir var ki, İblis mələk olub və Allah qarşı çıxdığı üçün onun dərgahından rədd edilərək şeytan adı alıb. Əslində şeytan kimdir və mələklərlə fərqi nədədir?
- Fərqi ondadır ki, İblisin (şeytanın) soyu var mələklərin isə yoxdur. Çünki soy erkək və dişidən meydana gəlir. Mələklər rasında isə dişi və erkək yoxdur. Mələklərdə qəzəb və şəhvət hissi olmur. Şeytanlar isə çoxalandır və tək deyillər. Deməli, burdan belə bir nəticəyə gəlmək olar ki, şeytan mələk olmayıb. O zaman o cindir onların da erkək və dişiləri olur və çoxalır.
-Bəs cin sözünün mənası nədir və onların biz insanlardan fərqi nədir?
- Cin sözünün mənası gizlilikdir, görülməyən gizli varlıqlar deməkdir. Cinlər də insanlar kimi şüurlu və ağıllı varlıqlardır. Cinlərin surət və görüntü vermə, keçmişə gedib-gəlmə kimi insanlardan üstün fərqləri var. Titrəşim surətləri saniyədə 300.000 km-dən artıqdır. Bir saniyədə dünyanın bir yerindən digər yerinə çatacaq surətdədirlər. Fiziki olaraq yaşadığımız aləmə keçə bilir və dəyişik şəkillərdə görünə bilirlər. Məsələn, pişik,at ,eşşək,keçi,ilan və s... Bəzən elə bir şəkilsiz şəklə girirlər ki, başı qoç başına, ayaqları at ayağına, bədəni keçiyə bənzəyə bilər.
- Cinlər neçə il yaşayır və onların yaşayış tərzi necədir?
- Cinlərin ömürləri 800 ilə 1000 ildir, hətta daha çoxdur. İnsanlar kimi bir-birləri ilə evlənə bilir və uşaq sahibi də olurlar. Böyüyür, qocalır, kiçilir və qeyb olub gedirlər. Cinlər də insanlar kimi yemək yeyərlər, içərlər. Düşüncə tərzi və inanclarına görə qrup və qəbilələr halında yaşayarlar. İbadət edənləri, inancsızları və içki düşkünü olanları ,müsəlman, xristyan şeytana və oda sitayiş edənləri də var.
- Bəs, bu varlıqlar haralarda məskunlaşır?
- Kimiləri evlərin hamamında, samanlıqda, natəmizlik içində yaşayanlarla salonda və təmiz yerlərdə yaşayanları da var. Özlərinə aid şəhərləri, kəndləri var. Ayrıca cinlər soğan qabığı və sarımsaq qabığı yandırılan yerlərə yığışırlar. Bunları qətiyyən etməyin, əks halda cinlərin zərərinə tuş gələrsiz.
- Müsəlman cinlə kafir cin insana nə kimi xeyir verə və ya ziyan vura bilərlər?
- Müsəlman bir cin insana zərər verməz, yaxşıları qorxutmamaq üçün insanlara çox görünməzlər. Təmiz yerlərdə yaşayarlar. Pisləri isə bir cadunun nəticəsi olaraq görünə bilər, insanlara müsəllət olub onlara əzab verə və hətta ölümünə belə səbəb ola bilərlər. Bəzi zamanlarda insanları yuxu aləmində qorxudur və hətta boğurlar. Pis cinlər ağac altlarını, zibil qabını, natəmizliyin olduğu yerləri, əyləncə məkanlarını çox sevirlər.
- Cinlər şeytanlar qeyb aləminə aid olan varlıqlardır.Necə olur ki onlar bizim yaşadığımız aləmə daxil ola bilir?
- Başqa aləmə aid olmalarına baxmayaraq, cinlər insanlara ancaq bu vəziyyətdə zərər verə bilir. Bəzi vəziyyətdə bu aləmin qapısı açılır. Aşırı qorxu, aşırı sevinc, cin, ruh çağırıldığında və sizə edilən cadu nəticəsində və s.. səbəbdən onlar insanların gözünə görünə bilirlər.
- Cinlə şeytanın yaradılış baxımından fərqi nədir?
- Şeytan da cin kimi odla havadan yaradılmışdır. Ancaq cində hava şeytanda isə od artıqdır. Cinlərin kafirləri olduğu kimi müsəlmanları da var. Şeytanların isə hamısı kafirdir.
- Dünyada cinlərin yoxsa insanların sayı daha çoxdur?
- Cinlərin sayı insanlardan 5 dəfə çoxdur.Təxmini olaraq deyirəm. Dünyada beş milyard insan varsa, cinlər altı yeddi milyarddır.
- Cinlər insan bədəninə girə bilər? Əgər belədirsə onda insan bədənindəki əlmətləri nədir?
- Bəli,cinlər və şeytanlar müxtəlif yollarla insan bədəninə daxil olur. Bayaq dediyim kimi qorxu və cadu əməl edildikdə və s… səbəblər nəticəsində. İnsan bədənində bu varlıqların olmasının əlamətləri bunlardır: səbəbsiz baş ağrıları, əsəbilik, hər hansı bir üzvdə həkimlərin səbəb tapmadığı ağrı və ya sancı, gecə boyu sıxılmalar, uzun zaman sağa-sola fırlanıb yata bilməmə, çox pis yuxular görmə, dişlərini sıxma, yuxuda yüksək yerdən düşürmüş kimi olmaq, yuxuda özünü qəbirdə, pis və qorxunc yerlərdə görmək, hamamda uzun müddət qalmağı sevmək, hamamda çimərkən kimləsə danışmaq ehtiyacı duymaq, hamamdan surətlə çölə çıxma istəyinin olması, gözlərinizi qapatdıqda qaranlıqda bir gözün bərəlib sənə baxması, yuxu aləmində it, pişik, ilan və ya pis qılıqlı insanlar görmək, qaranlıq qorxusu və ya əksinə qeybdən bir səsin adınızı çağırmağı və çox əlamətləri var ki, özünü bunlar biruzə verir.
- Onlar insan bədəninə daxil olduqdan sonra nə kimi xəstəliklərin yaranmasına səbəb olurlar?
- Onlar bədənin müxtəlif yerlərində məskunlaşırlar ki, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Əl və ayağın iflic olmasına, əyər qarında oturmuşsa şişkinliyə və bədənin müxtəlif nayihələrində şişlərin hətta xərçəng xəstəliyinin, şəkər xəstəliyinin yaranmasına daha çox səbəb olurlar. İnsan beynində oturub sinirləri idarə edirlər. Bir sözlə tibbin çarəsiz qaldığı bütün xəstəliklər cinlərin əsəridir.
-Bəzi insanlar bu varlıqları gözləri ilə görmədikləri üçün onların varlıqlarına şübhə ilə yanaşırlar. Bəs siz necə Lamiyə xanım bir neçə sözlə onların varlıqlarını sübut edə bilərsinizmi?
- Bəli hər bir şeyə dəlilim sübutum və hər zaman bir açıqlamam var təbii ki. Var olan bir şey ya zatıyla ya da əsəriylə görünər. Tanrı isə zatıyla görünməz ,əsərləri ilə görünür.Bütün kainat da əsərləri olaraq ortadadır.Eləcə də magnetik dalğalar zatıyla görünmür,televiziya ekranında müxtəlif rənglər,hərəkətlər və səslər şəklində görünür və öz varlığını isbat edir.Bioenerji də zatıyla görünməz,müalicə olunan adamın yaxşılaşması ilə özünü isbat edər. Qurani-Kərim elə buna ən böyük sübutdur.
Tel: 055 685 56 66