Cinsi münasibətdə olarkən kişinin üzərinə düşən əsas iş nədən ibarətdir? – MÜSAHİBƏ

MAQAZİN
09:40 30.03.2013
15950

AZXEBER.COM portalı, tanınmış androloq – cərrah Tariyel Məmmədovun portalımıza verdiyi müsahibəni təqdim edir.

-Tarıyel bəy, sizə müraciət edən xəstələr daha çox nədən şikayət edirlər?

Cinsi zəiflikdən əziyyət çəkən xəstələrin çoxunu müayinə edərkən, sidiklə bağlı bir sıra problemlərin olduğu ortaya çıxır. Belə ki,sidiyə çıxanda yandırma göynəmə olmamalı, ifrazat normal olmalıdır. Xüsusən də, bayıra gedərkən sidik kisəsi tam boşalmalıdır. Natamam olması ziyandır. Sidiyin şəffaflığı normal olmalıdır. Bəzi xəstələr də var ki, onlar gecələr tez-tez sidiyə çıxırlar. Bu da normal deyil.

- Tarıyel bəy, cinsi münasibətdə olarkən kişinin üzərinə düşən əsas iş nədən ibarətdir?Cinsi əlaqədə olarkən kişilər birinci dəfə tez boşalmalıdır. Əgər hər hansısa kişidə bu belə deyilsə, demək ki, ortada nəsə problem var. Normal olaraq cinsi münasibət 1-2 dəqiqə çəkməlidir. Çünki bu fiziki cəhətdən yorulmamaq üçüdür. Belə bir şey də ola bilər ki, daima cinsi əlaqədə normal olan insanda, birdən birə tez boşalma yaransın. Məsələn, əvvəllər normal olaraq boşalırdısa, indi daha tez boşalır və ya tamamiylə əksi. Əgər normal qaydasında boşalırdısa, indi boşala bilmir. 1 saat, 2 saat cinsi əlaqədə olur, ancaq boşala bilmir. Bunların hər biri normal deyil.

Kişilər cinsi əlaqədə olarkən birinci onlarda həvəs oyanır. Daha sonra onlarda eleksiya baş verir. Həmin an penisdə olan qalofqalar qıcıqlanır və beyinə siqnal ötürür. Beyində siqnal pik nöqtəyə çatdıqda, aşağı hissəyə siqnal buraxılır. Həmin anda prostat və onun ətrafındakı əzələlər yığılır və spermanı xaric edir. Soyuqdəyməsi olan insanlarda isə qıcıqlanma halı tez-tez baş verir və beyindən gələn ən kiçik siqnal belə spermanın xaric olunması ilə nəticələnir.

-Belə bir fikir formalaşıb ki, cinsi münasibətdə olan zaman infeksion xəstəliyə yoluxan xəstələrdə müalicə olunduqdan sonra cinsi zəidlik yaranır. Sizcə bu doğrudurmu?

Bəzi həkimlər 5-10 manatın dərdinnən deyirlər ki, cinsi zəyifliyə gətirib çıxaran əsəs səbəblərdən biri cinsi yolla keçən infeksiyalardır. Bu fikir səhvdir. Mənə cinsi zəifliklə bağlı müraciət edən xətələr də olub. Ancaq hansısa xəstədə cinsi yolla infeksiya aşkar olunubsa, həmin xəstənin müalicəsi olduqca asandır.Bir düşünün ki, hansısa insana cinsi yolla infeksiya keçdikdə həmin insanda cinsi zəiflik yaransaydı, onda sağlam insan demək olardı ki qalmazdı. İnsanlar olur ki, indiyə qədər heç vaxt cinsi əlaqədə olmayıblar. Və ümumən olmaqdan qorxurlar. Bu səbəbdən də qadınlardan qaçırlar. Mən demək istərdim ki, həmin isanların müalicəsi, cinsi yolla yaranan infeksiyaların müalicəsindən çətindir.

-Tarıyel bəy, bəzi insanlar var ki, onlar cinsi münasibətdə olmaqdan həmişə çəkinirlər. Bunun sizcə səbəbi nədir?Bəli, bu problem əsasən psixoloji problemdir. Əslində psixogen elektredisfunsiya 2 yerə bölünür. Birinci psixogen elektrediskfunsiya əsasən gənc insanlarda ortaya çıxır. Mütəmadi cinsi əlaqədə olmuyan və ümumən cinsi əlaqdə olmuyan şəxslərdə olur. Heç vaxt cinsi əlaqədə olmayan birisi ilk dəfə olduqda, onda qorxu hissi yaranır.İkinci psixogen elektrediskfunsiya isə, normal vaxtı-vaxtında cinsi əlaqədə olan insanlarda özünü göstərir. Elə an yaranır ki, həmin insanlarda cinsiyyət orqanı heç vaxt aktiv olmur. Və əks cinsin qarşısında pərt olur. İkinci dəfə cəhd etdikdə isə, yenə alınmadıqda üçüncünü edir. Bu isə çox pisdir. Əgər birinci dəfədə kiçik bir xəstəlik yaranırdısa, növbəti dəfələrdə bu daha da böyüyür.

Ozal İbrahimli

FB adres: https://www.facebook.com/dr.tariyelmammadov

Tel: 055 - 718 - 16 - 66

OXŞAR XƏBƏRLƏR