Cinsi orqanı kəsilən oğlan əməliyyat olundu və ...

Cinsi orqanı kəsilən oğlan əməliyyat olundu və ...
Bütün Xəbərlər
15:33 20.09.2012
7245

Sentyabrın 18-də Biləsuvar rayonunda həmkəndlisi tərəfindən cinsi orqanı kəsilən gənc Bakıya gətirilib.

Publika.Az-ın məlumatına görə, rayonun Ağarkənd kənd sakini 20 yaşlı R.M əvvəlcə paytaxtdakı dövlət xəstəxanalarından birinə gətirilib. Daha sonra isə həkimlərin məsləhəti ilə o, metronun Nərimanov stansiyası yaxınlığında yerləşən ixtisaslaşmış özəl klinikalardan birinə yerləşdirilib. Burada R.M əməliyyat olunub və onun cinsiyyət orqanı yerinə tikilib. Həkimlər ilkin olaraq bildirib ki, davamlı müalicə prosesi nəticəsində gəncin ifrazat sistemində yaranmış problem həll olunacaq. Lakin R.N-nın cinsiyyət sistemində yaranmış ağırlaşmanı həll etmək demək olar ki, mümkün deyil.

Qeyd edək ki, sentyabrın 18-də Biləsuvarın Ağarkənd kəndində kənd sakini 1989-cu il təvəllüdlü Loğman Babayev qardaşı arvadından şübhələndiyi üçün onu izləyib. O, qardaşının evinə gəlib və qadını həmkndlisi 20 yaşlı R.M ilə birgə tutub. Burada 23 yaşlı L.Babayev həmkəndlisi ilə dava edib. Daha sonra isə bıçaqla onun cinsiyyət orqanını kəsərək ağzına qoyub. R.Mirzəyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
OXŞAR XƏBƏRLƏR