"Kristal”ın həyata keçirdiyi "City Garden Narimanov” layihəsi Bakıda premium yaşayış konsepsiyasını müasir şəhərsalma yanaşması ilə birləşdirən ən iri yaşayış komplekslərindən biridir. Şəhərin coğrafi mərkəzində, "Nəriman Nərimanov” metro stansiyasına bir neçə dəqiqəlik məsafədə yerləşən layihə 17,3 hektar yaşıllıq ərazini əhatə edir və sakinlərə komfortlu, təhlükəsiz və funksional yaşayış mühiti təqdim edir.
Layihədə2, 3 , 4 otaqlı mənzillərlə yanaşı ,studiya tipli müxtəlif planlaşdırmaya malik mənzillər də təqdim olunur. Geniş sahə seçimləri həm fərdi yaşayış, həm də ailələrin müxtəlif ehtiyaclarına uyğun həllər təklif edir.

Layihə müasir memarlıq həlləri, geniş
yaşıllıq sahələri və zəngin infrastruktur konsepsiyası əsasında inkişaf
etdirilir. Kompleksdə yürüş və velosiped
zolaqları, idman meydançaları, açıq istirahət zonaları, yeraltı parkinq və 24/7
təhlükəsizlik sistemi sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Gələcəkdə fəaliyyət
göstərəcək ticarət mərkəzi, fitnes mərkəzi, biznes mərkəzi və uşaq bağçası isə
gündəlik ehtiyacların bir məkanda qarşılanmasını təmin edəcək.
Layihənin ilk mərhələsi uğurla tamamlanaraq
sakinlərin istifadəsinə verilib. Hazırda isə yeni satış mərhələsi çərçivəsində
alıcılara sərfəli maliyyələşdirmə imkanları təqdim olunur. Seçilmiş mənzilləri
36 aya qədər faizsiz daxili kreditlə əldə etmək, bütün mənzillər üzrə isə 20 ilədək
ipoteka imkanından yararlanmaq mümkündür. Bundan əlavə, "Kristal”ın tətbiq
etdiyi "Evini hissə-hissə
al” modeli mənzil əldə etməyi daha əlçatan edir.
Bütün mənzillər premium təmirli şəkildə təhvil verilir. Təmir işlərində Almaniyanın HARO parketləri və GROHEhamam aksesuarları, İtaliyanın GEWISS elektrik açarları, Prysmian yanmayan kabel infrastrukturu və Zambaiti Parati divar kağızlarından istifadə olunur. Həmçinin binalarda beton pərdə sistemi, tava tipli bütöv təməl və müasir mühəndislik həlləri tətbiq edilərək yüksək dayanıqlıq və təhlükəsizlik təmin edilir.

Layihənin nəqliyyat əlçatanlığını daha da artıracaq Şəki dairəsi istiqamətindən yeni avtomobil yolunun tikintisi sürətlə davam edir. Bu yenilik gələcəkdə sakinlərin gediş-gəlişini daha rahat etməklə yanaşı, layihənin investisiya potensialını da gücləndirəcək.
Layihə və mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi











































