‘City Mart’ mağazalarında insan sağlamlığını təhdid edən məhsullar aşkarlandı

‘City Mart’ mağazalarında insan sağlamlığını təhdid edən məhsullar aşkarlandı
Bütün Xəbərlər
14:59 23.08.2012
1408

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri, S.Vurğun küçəsi 19 ünvanında fəaliyyət göstərən “Vini İnterneşnl” MMC-də dövlət nəzarəti həyata keçirib.

AZXEBER.COM-un məlumatına görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı “Vini İnterneşnl” MMC-yə məxsus “City Mart” ticarət şəbəkələrindən müxtəlif yarımfabrikat məhsullar seçilərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aparılan sınaqların nəticələrinə əsasən yoxlanılmış məhsullardan “AL Kabeer” və “Topioca” nişanlı yarımfabrikatlar “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizimlərin miqdarına görə normativ sənədin tələblərinə cavab verməyib. “City Mart” mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitmiş bir sıra süd məhsulları aşkar edilərək aktlaşdırılıb. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilmiş və qurudulmuş göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanıb. Araşdırma zamanı ticarət şəbəkəsində qablaşdırılan müxtəlif çeşiddə məhsulların saxlanma müddəti, istehsal tarixi və çəkisi haqqında məlumatlar istehlakçılara düzgün çatdırılmadığı da müəyyən edilib. Belə ki, qablaşdırılmış “American Fresh” nişanlı göbələyin çəkisi etiketdə 1 kq göstərildiyi halda faktiki çəkisinin 100 qr olduğu müəyyən olunub. Bundan başqa satılan bir sıra məhsulların üzərində markalanma “Dövlət dili haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara zidd olaraq aparılıb. Belə ki, dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulub. Müəssisənin anbarında aparılan yoxlama zamanı anbarda mal qonşuluğunun pozulduğu və ərzaq məhsullarının saxlanma rejiminə riayət olunmadığı aşkarlanıb. Belə ki, ərzaq məhsulları kosmetik və yuyucu vasitələrlə eyni yerdə saxlanılıb. Anbarın soyuducusunda mənşə sənədləri, uyğunluq və gigiyenik sertifikatları olmayan ət və ət məhsulları, balıqlar, hind toyuğu aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər